Arxiv
1 Avqust 2020, 20:00 | AKTUAL
Şahin Mustafayevlə İranın Prezident Administrasiyasının rəhbəri arasında telefon danışığı 

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub.

 

Nazirlər Kabinetindən Modern.az-a bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

 

Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.

 

Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcminin artmasına səbəb olub. Birgə səylər ilə ticarət əlaqələrinin tezliklə pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasına əminlik ifadə olunub.

 

Söhbət zamanı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, eyni zamanda region üçün əhəmiyyəti qeyd olunub.

 

Telefon danışığı zamanı həmçinin, ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“BakuBus”un avtobusu qəza törədib? - BNA-dan açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?