Modern.az

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 51 nəfərədək azaldı

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 51 nəfərədək azaldı

4 Avqust 2020, 20:14

Azərbaycanda koronavirusla bağlı 4 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6409 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 751 min 246-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 255, süni tənəffüs cihazında olan xəstə sayı 51 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 32 min 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 28 min 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib. Aktiv xəstə sayı 4089 nəfərdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir