Arxiv
12 Avqust 2020, 14:56 | İQTİSADİYYAT
Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA

2020-ci ilik ilk 7 ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) neft və qaz satışından 2 milyard 700 milyon dollar vəsait daxil olub. 2019-cu ilin 7 ayında isə bu rəqəm 5 milyard 160 milyon dollar idi. Fondun 7 ayda satdığı dolların miqdarı 4 milyard 525 milyon dollar olub.  

 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov xatırladıb ki, gəlirlərin təmin olunmasında əsas mənbə Azərbaycanın neft və qaz layihələrində payının fonda köçürülməsi ilə formalaşır:

“Neft Fondunun digər gəlir mənbəyi toplanan vəsaitlərin idarən olunmasıdır. Bu istiqamətdə müəyyən qədər Neft Fondunun fəaliyyətini qiymətləndirmək mümkündür. Çünki fond vəsaitlərini nə qədər effektiv idarə edərsə, o qədər gəlir qazanar. Amma dediyim kimi fondun əsas gəliri neftin və qazın satışından formalaşır.

Qiymətlərin dünya bazarında aşağı düşməsi yaxud dinamikası kimi məsələlərə nə Neft Fondunun, nə Azərbaycanın, nə də digər kiçik ölkələrin birbaşa təsiri var. Bu qlobal bazarlarda məhz siyasi və iqtisadi konyuktur fonunda formalaşır. Pandemiyanın təsirləri nəticəsində, eyni zamanda OPEC ölkələri arasında yaranmış maraqlar konflikti istiqamətində son 5 ayda vəziyyət daha da çətinləşib. Qiymətlər kəskin aşağı  düşüb. Bu da fondun gəlirlərinin təbii yolla azalmasına gətirib çıxarıb. Artıq proseslər Azərbaycanın bu şərtlər daxilində neft vəsaitlərini necə idarə etməsindən asılı olacaq”.

 

Neft vəsaitlərinin idarə edilməsi ilə bağlı “qızıl qayda”nın tətbiq edildiyini vurğulayan R. Həsənov büdcə sistemi haqqında qanuna dəyişikliklər edildiyini söyləyib:

“Bir neçə gün bundan öncə isə həmin qaydaların tətbiqi prosesi dayandırıldı. Görünən odur ki, bu qaydaların olmasına baxmayaraq Azərbaycanda neft vəsaitlərinin idarə edilməsi ilə bağlı yanaşma kövrəkdir. Hər hansı risklər yarandığı təqdirdə hökumət çox asanlıqla bu prosesə müdaxilə edərək neft vəsaitlərinin daha çox xərclənməsinə şərait yarada bilir.

Maliyyə Nazirliyinin hesabatından məlum olur ki, əslində cari şərtləri nəzərə alınmaqla 2020-ci ildə dövlət büdcəsinə Neft Fondundan transfertin həcmini 2,5 milyard azaltmaq lazım idi. Əksinə 850 milyon manat artıb, 12,2 milyarda çatdırılıb. Təxminən 7 milyard dollar vəsait bu il dövlət büdcəsinə köçürüləcək”.

 

Rəşad Həsənov bəzi aktivlərdə qiymətlərin bahaşlaşdığını da söyləyib. Onun sözlərinə görə, xüsusilə qızılda son 5 ayda bir unsiya üçün 35-40 faizə yaxın bahalaşma mövcuddur:

“Bu da Neft Fondunun aktivlərinin itirilən hissəsinin müəyyən qədər kompensasiyası üçün şərait yaradır. Eyni zamanda avro ilə olan hissədə artımlar müşahidə olunur. Bilirsiniz ki, Neft Fondunun vəsaitlərinin 25-30 faizi avroda saxlanılır. Avronun məzənnəsində son bir neçə həftə ərzində 8-11 faiz arasında bahalaşması baş verib. Bu da dollarla ifadədə Neft Fondu vəsaitlərinin xərclənməsindən yaranan fərqin qısa müddət ərzində bərpasına müəyyən şərait yaradıb. Nəticədə aktivlərin həcmində artım qeydə alınıb. Ümumiyyətlə, Azərbaycanda bu kimi risklər fonunda fond aktivləri iqtisadiyyatın gələcəyi üçün çox əhəmiyyətli kuper rolunu oynayır. Neft vəsaitlərinin idarə olunması strategiyasında vəsaitlərin 25 faizinin qorunub gələcək nəslə saxlanması da nəzərdə tutulub. Ona görə, daha ehtiyatlı davranılarsa, növbəti illərin büdcəsinin tərtibi zamanı neft vəsaitlərinin büdcə strukturunda payı mərhələli şəkildə tənzimlənərsə, optimallaşdırılıb, büdcə konsolidasiyasına gedilməsi yolu ilə fondun uzunmüddətliliyinin və dayanıqlılığını qorumaq olar. Bundan başqa da Neft Fondu öz vəsaitlərinin, aktivlərinin idarə edilməsi strategiyasını daha da inkişaf etdirməli, təkmilləşdirməlidir. Dəfələrlə müzakirə aparmışıq ki, Neft Fondu digər ölkələrdəki fəaliyyət göstərən qurumlarla müqayisədə aktivlərin idarə edilməsindən daha az gəlir götürür. Bu istiqamətdə strategiyanı təkmilləşdirməklə müəyyən qədər vəsaitlərin əvvəlcədən müəyyən edilmiş səviyyədə qorunub saxlanmasına cəhd göstərilməlidir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden peyvəndin 3-cü dozasını vurdurdu 28 Sentyabr 2021, 00:58 Vətən müharibəsinin ildönümünə həsr olunan satış-sərgisi təşkil edildi 28 Sentyabr 2021, 00:47 Makrona yumurta atan şəxs saxlanıldı 28 Sentyabr 2021, 00:35 Nazirlik Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yaydı 28 Sentyabr 2021, 00:27 Nigeriyada silahlılar 34 nəfəri öldürdü 28 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu 27 Sentyabr 2021, 23:57 Anım Günü Polşa mətbuatında 27 Sentyabr 2021, 23:46 Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı 27 Sentyabr 2021, 23:41 Türkiyə əhalisinin 70%-dən çoxu tam peyvəndlənib 27 Sentyabr 2021, 23:27 Selçuk Bayraktardan Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 23:14 Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı 27 Sentyabr 2021, 22:49 BMT Baş katibindən Azərbaycan və Ermənistanla bağlı BƏYANAT 27 Sentyabr 2021, 22:36 Mənzildə 89 yaşlı qadının meyiti tapıldı 27 Sentyabr 2021, 22:33 Aİ: Bölgəyə sülh və firavanlıq diləyirik 27 Sentyabr 2021, 22:10 Azad olunmuş rayonların hərbi hazırlıq müəllimləri bir araya gətirildi 27 Sentyabr 2021, 22:08 Atakule qülləsində Azərbaycan bayrağı - FOTO 27 Sentyabr 2021, 21:54 25 yaşlı media əməkdaşı ürəktutmasından vəfat etdi 27 Sentyabr 2021, 21:45 Daha bir ölkə "Bayraktar TB2" PUA-ları alıb 27 Sentyabr 2021, 21:45 AŞPA: Mina xəritələrinin Azərbaycana verilməsi vacibdir 27 Sentyabr 2021, 21:23 YAP-dan Anım Günü BƏYANATI   27 Sentyabr 2021, 21:21 Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anıldı - FOTOLAR 27 Sentyabr 2021, 21:06 Daha 44 qaziyə avtomobil verildi - FOTOLAR 27 Sentyabr 2021, 21:03 Bayrağımız Nur-Sultanın ən hündür binalarından birində - FOTO 27 Sentyabr 2021, 20:51 Şəhidlərimiz Neftçalada da ANILDI 27 Sentyabr 2021, 20:36 Bayrağımız Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndə əks olundu - FOTOLAR 27 Sentyabr 2021, 20:31 Şəhid ailələrinə orden və medallar təqdim edildi - VİDEO 27 Sentyabr 2021, 20:27 Britaniyalı deputatdan mina xəritələrilə bağlı ÇAĞIRIŞ 27 Sentyabr 2021, 20:24 Daha bir partiya bəyanat yaydı 27 Sentyabr 2021, 20:22 Türkiyə ilə hərbi-texniki təminat məsələləri müzakirə edildi 27 Sentyabr 2021, 20:18 Şəhidlərimizin xatirəsinə səmaya işıq fənərləri BURAXILDI - VİDEO 27 Sentyabr 2021, 20:12 Bakı-Sumqayıt qatarı gecikdi -YENİLƏNİB 27 Sentyabr 2021, 20:10 Türkiyə MN-dən Anım Günü paylaşımı 27 Sentyabr 2021, 20:09 Fərid Qayıbov bu dəfə atıcılıq federasiyasında - FOTOLAR 27 Sentyabr 2021, 20:03 Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırıldı 27 Sentyabr 2021, 19:52 İlham Əliyevin qaldırdığı plakatdakı şəhid kimdir? - DOSYE 27 Sentyabr 2021, 19:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?