Modern.az

İran səfiri: “Azərbaycan Prezidenti ilə görüş mənim üçün ilhamverici oldu”

İran səfiri: “Azərbaycan Prezidenti ilə görüş mənim üçün ilhamverici oldu”

15 Sentyabr 2020, 15:30

Sentyabrın 15-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Bakıdakı İran Mədəniyyət Mərkəzində mətbuat konfransı keçirib.

Modern.az-ın məlumatına görə, Seyid Abbas Musəvi sentyabrın 7-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olduğunu xatırladaraq, bu görüşdən məmnun qaldığını qeyd edib.

“Cənab Prezident İlham Əliyevlə olan görüş mənim üçün onun adı kimi ilhamverici oldu”,- deyə səfir vurğulayıb.


Seyid Abbas Musəvi bildirib ki, İranla Azərbaycan arasında siyasi əlaqələr çox yaxşı səviyyədədir.

“Lakin iqtisadi əlaqələrimiz buna uyğun deyil. Mən missiya müddətimdə çalışacam ki, iqtisadi əlaqələri də siyasi səviyyəyə çatdırım”,- səfir qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir