Modern.az

Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu

Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu

Aktual

28 Oktyabr 2020, 11:14

“Ermənistan aktiv döyüş əməliyyatları getdiyi ərazilərdən 100-lərlə km məsafədə yerləşən sivil yaşayış məntəqələrini hədəfə alması dönəmində, biz bu işin zəruriliyini anladıq və bir qrup sosial-aktiv gənc ilə “Voice of Karabagh” platformasını yaratmaq qərarına gəldik”.

Bu sözləri Modern.az-a açıqlamasında “Voice of Karabagh” platformasının qurucusu Taleh Sultan deyib:

“Əsas məqsədimiz beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ konflikti haqqında reallıqları çatdırmaq, alternativ məlumat profilini formalaşdırmaqla onlardan mövqe tələb edilməsidir. İnformasiya müharibəsində hədəfimiz təsir qüvvəmizi genişləndirməkdir”.

T.Sultan qeyd edib ki, platformaya qoşulanlar ümumi olaraq könüllülərdir. Qeyri-konvensiya komandası olaraq buradan heç bir gəlir əldə etmirik, əksinə, öz büdcəmiz hesabına sayt qurmaq və bir sıra reklamlar üçün büdcə formalaşdırırıq.

“Ümumi 2500 nəfər fərdi olaraq e-mail göndərilməsində iştirak edib. Marafonlarımızın10000-ə yaxın iştirakçısı olub. Facebook qrupumuzda 8000-dən çox, WhatsApp üzərində 8 qrupumuz var və onlarda toplam olaraq 1000 nəfər iştirakçı var”.

Nəzrin Vahid

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər