Modern.az

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

11 İyul 2012, 16:07

AXCP fəalı Bəhruz Həsənov iyulun 11-də günorta saatlarında saxlanılıb. Onu idmandan qayıdarkən iki nəfər mülki geyimli saxlayıb və Suraxanı RPİ 33-cü polis bölməsinə aparıb. Ona saxlanmasının səbəbi haqda heç nə deyilməyib. Məlumatı AXCP-dən veriblər.

Bəhruz Həsənov partiya sədri Əli Kərimlinin mühafizəsinin təşkilində iştirak edir. O, bu yaxınlarda azadlığa çıxan vicdan məhbuslarından Babək Həsənovun qardaşıdır.

Suraxanı rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə Bəhruz Həsənovun məhkəməsi olub. Məhkəmə AXCP fəalının 10 sutka azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Bəhruz Həsənov polisə müqavimət göstərməkdə ittiham olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü