Arxiv
12 İyul 2012, 11:40 |
Rəbiyyə Zərdabinin Həsən bəy Zərdabi ilə qan qohumluğu yoxdur - ARAŞDIRMA

Nəcib ailədə böyümüş kimsəsizlər, yaxud şəfqət mücəssəməsi – Məlikzadə ailəsi 

Nəhayət ki, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin keçmiş müəllimi Rəbiyyə Zərdabinin milli mətbuatımızın banisi Həsən bəy Məlikzadə Zərdabinin nəticəsi olub-olmaması məsələsi aydınlaşdı. Modern.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, əslində Rəbiyyə Zərdabi ilə Həsən bəy Zərdabi arasında qan qohumluğu yox imiş....

Oxucu rəyləri və bir sıra şəxslərin yardımı əsl həqiqəti ortaya qoydu. Bəlli oldu ki, Rəbiyyə Zərdabinin anası Rəfiqə Zərdabi (mədəniyyət işçisi), atası Bahəddin Zərdabi (rayon komsomol təşkilatının birinci katibi), babası Hüseyn Zərdabi (“Zərdab staxanovçusu” qəzetinin məsul katibi), nənəsi (bir müddət “Zərdab staxanovçusu” qəzetinin baş redaktoru olmuş) Rəbiyyə Mirzəxanova-Zərdabidir. 

R.Zərdabinin əcdadlarının Həsən bəy Məlikzadə Zərdabi ilə qan qohumluğuna malik olmadığını isbatlamaqda yardımçımız isə hazırda Zərdabda nəşr edilən “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov oldu. Zərdab rayon Müharibə və Əmək Veteranları Şurası və H. Zərdabi muzeyi ilə əlaqə saxlayan İ.Əhmədov Modern.az-a bildirib ki, Rəbiyyə Zərdabinin əcdadları sadəcə, vaxtilə Həsən bəyin evində sığınacaq tapmış adamlar imiş. Bunu Həsən bəyin uzun illər Ev Muzeyində işləmiş qardaşı Mehralı bəyin nəvəsi Sara xanımın xatirələri də təsdiqləyir.
“Sara xanım danışırdı ki, mərhum Həsən bəy sürgün edildikdə evin baxımı həmin ailəyə qaldı”, – deyə İsaməddin Əhmədov vurğulayıb.
”Rəbiyyə Mirzəxanova-Zərdabi və Hüseyn Zərdabinin rəhmətlik Həsən bəylə heç bir qan qohumluğu olmayıb”.

İ.Əhmədov onu da əlavə edib ki, Həsən bəyin qardaşı Mehralı bəyin oğlu Həmdulla bəy 1964-cü ildə sürgündən Zərdaba qayıdıb, onun Daşkənddə, sürgündə doğulan qızı Sara xanım və gəlini Şərqiyyə xanım da hazırda sağdırlar.

Bu mövzunu qapatmaqla bərabər, bir məsələyə də xüsusi diqqət yetirməyi vacib bilirik.

Həsən bəy Zərdabinin ailəsində şəfqət və mərhəmət irsi keyfiyyətlər olub. O böyük insanın xanımı Hənifə xanım Məlikova-Abayeva 10 yetim uşağı öz himayəsində böyüdüb, onlara təhsil verib. Zərdabinin qardaşı Mehralı bəyin uşaq ikən atadan yetim qalan oğlu, Azərbaycanın fizika üzrə ilk professoru Rəhim bəy Məlikov və Həsən bəyin digər yaxın qohumu – Azərbaycan teatrının təməlini qoyan ilk ən görkəmli 5 aktyordan biri olan Məhəmməd bəy Əlvəndi-Məlikov da Zərdabinin ailəsində böyüyüb Hənifə xanımdan təhsil və tərbiyə alıblar.

İki oğul və iki qız atası olan milli mətbuatımızın banisi Həsən bəyin övladlarından yalnız biri mürvətə yetişib. Belə ki, onun oğlu Midhət bəy sovet dövründə təqiblərə məruz qalıb, Səffət bəy Almaniya və Türkiyədə yaşamağa məcbur olub. Həsən bəyin qızı Pəri xanım – Azərbaycan Cümhuriyyətinin baş naziri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı - Fransada, mühacirətdə yaşayıb. Həsən bəyin digər qızı Qəribsoltan xanım isə ömrünün sonunadək ailə həyatı qurmayıb. Ailə üzvlərinin repressiyası səbəbindən Qəribsoltan xanım bir müddət Gəncədə yaşayıb. Daha sonralar, İkinci Dünya müharibəsi bitdikdən sonra o, görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba yığışır və hər ikisi Zərdab orta məktəbində müəllim işləyir (R. Hacıyevin anası Nanə xanım da zərdablıdır, 3 yaşında ikən onu Qəribsoltan xanımın anası Hənifə xanım himayəyə götürmüş, doğma balası kimi tərbiyə edib təhsil vermiş, böyüdüb və gəlin köçürüb).

Qəribsoltan xanım uzun müddət kimsəsiz uşaqların oxuduğu internat məktəbində dərs deyib, onlara analıq edib. Onun “Atam haqqında xatirələr” kitabı isə bu gün də Həsən bəy Məlikzadə Zərdabi irsinin araşdırmaçıları üçün ən qiymətli mənbədir.

Sevinc İltifatqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:28 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57
SORĞU Yeni parlamentdə kimlər olsun?