Modern.az

Bərdədə ağır yol qəzası - 2 ölü, 4 yaralı - FOTO

Bərdədə ağır yol qəzası - 2 ölü, 4 yaralı - FOTO

Aktual

21 Noyabr 2020, 22:16

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

 

Modern.az xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

 

Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

 

Faktla bağlı araşdırma apaılır (qafqazinfo).

 






 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir