Modern.az

Paşinyan həmişəki kimi yalan danışır - Köçəryandan təkzib

Paşinyan həmişəki kimi yalan danışır - Köçəryandan təkzib

Aktual

29 Noyabr 2020, 23:18

Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan ölkənin baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində bugünkü iki yazısı ilə əlaqədar bəyanatla çıxış edib.

 

Modern.az-ın Ermənistan mediasına istinadla məlumatına görə, o bildirib ki, Baş nazir əvvəlki kimi xalqı aldadır:

 

"Paşinyanın bugünkü iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm".

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan döyüş əməliyyatları zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə açıqlama verib.

O bildirib ki, 19 oktyabrda Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyan ona zəng edərək, müharibənin dayandırılmalı olduğunu söyləyib.

Paşinyanın sözlərinə görə, Araik Arutunyan onunla söhbət zamanı deyib ki, yalnız öz fikrini deyil, eyni zamanda Qarabağın keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın mövqeyini çatdırır:



“Bundan sonra mən Rusiya prezidenti Vladimir Putinə zəng etdim. O, Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərdən imtina etmək və rus sülhməramlılarını ərazidə yerləşdirmək təkliflərini verdi. Mən isə sülhməramlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri boyunca və Laçın dəhlizində yerləşdirilməli olduğunu bildirdim.

Mən bu təklfiləri Araik Arutyunyana çatdırdım, o razı olduğunu bildirdi. Bundan sonra parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə iclas keçirib, qərarı onlara da təqdim etdim. İclasın bir çox iştirakçıları narazılıqla reaksiya verdi və görüşdən sonra bəziləri sosial şəbəkələrdə bunun əleyhinə post yazdılar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı