Modern.az

Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı

Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı

1 Dekabr 2020, 23:22

Rusiyanın Əfqanıstandakı səfirliyinə məxsus avtomobilin partlaması nəticəsində iki əməkdaş yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Avtomobil əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə partlayıb. Səfirliyin əməkdaşları yüngül xəsarətlər alıblar.

 

İlkin məlumata görə, terror aktı həmin yolla hərəkət edən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin avtomobilinə qarşı planlaşdırılıb. Lakin M.Zaxarova təcavüzün Rusiya səfirliyinə qarşı yönəlməsini də istisna etmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir