Modern.az

Kəlbəcərli üç qardaş dünyasını dəyişdi

Kəlbəcərli üç qardaş dünyasını dəyişdi

3 Dekabr 2020, 16:00

Kəlbəcərdən olan bir ailənin 2 üzvü koronavirusdan, bir qardaş isə ürək tutmasından dünyasını dəyişib.


Bu barədə Modern.az-a dünyasını dəyişənlərin qardaşı İsa Cəbrayılov məlumat verib.


İsa Cəbrayılovun sözlərinə görə, qardaşlarında simptomlar aşkar olunandan sonra müalicəyə başlayıblar:


“Qardaşlarımın 50-dən çox yaşı vardı. Böyük qardaşım Cəbrayılov Elman İsmayıl oğlu 1958-ci ildə, ortancıl qardaşım Cəbrayılov Telman İsmayıl oğlu 1960-cı ildə, ürək tutmasından dünyasını dəyişən kiçik qardaşım isə Cəbrayılov Bəhmən İsmayıl oğlu 1962-ci ildə Kəlbəcərdə doğulublar. 3 qardaşımın 20 gün müddətində  dünyalarını dəyişməsi bizim üçün çox ağır oldu. Biz Kəlbəcərimizə qovuşduq, amma qardaşlarım bir daha Kəlbəcərə gedə bilməyəcək. Bu çox ağır dərddir”.


Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayılovlar ailəsi də öz dədə-baba yurdları olan Kəlbəcər rayonundan məcburi köçkün düşərək Gəncə şəhərində müvəqqəti  olaraq məskunlaşmışdılar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi