Arxiv
9 Yanvar 2021, 10:34 | MƏDƏNİYYƏT
Ramiz Mehdiyevdən cəza - İsa Həbibbəyli, Nazim Məmmədov və digərləri vəzifədən azad edildi

Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, akademik Adil Qəribov və Rəyasət Heyətinin digər üzvləri, akademiklər - Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər.

AMEA-dan Modern.az-a verilən məlumata görə, tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rəyasət Heyətinin iclasına çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri haqqında olub.

Məsələ ilə bağlı çıxış edən yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Böl­mə­sinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar­güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə­dilə 2020-ci ilin 17- 25 dekabr tarixlərində yoxlama aparılıb.

Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.


Mövzu ilə bağlı münasibət bildirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, bir zamanlar görkəmli alim Həsən Abdullayevin rəhbərlik etdiyi Fizika İnstitutu öz elmi nəticələri ilə keçmiş sovet məkanında böyük nüfuz qazanmışdı və Azərbaycan elminin flaqmanlarından hesab olunurdu. Akademik qeyd edib ki, dövlət büdcəsindən ayrılan maliyyə qarşılığında müəssisədə müstəqillik dövründə heç bir ciddi tətbiqi və fundamental tədqiqatlar aparılmayıb. AMEA prezidenti institutda yaranmış mövcud vəziyyətin akademiyanın və Azərbaycan elminin nüfuzuna mənfi təsir etdiyini bildirib.


Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
 
Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.


İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.


Gündəlikdə duran digər məsələ AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Adil Qəribov sözügedən qərar layihəsinin AMEA prezidentinin tapşırığı əsasında hazırlandığını və bu barədə AMEA Rəyasət Heyətinin ötən iclasında müzakirələrin aparıldığını söyləyib. Qərar layihəsində AMEA Rəyasət Heyətinin, o cümlədən elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunub. Belə ki, institutlarda baş direktor və icraçı direktor, böyük və xüsusi məqsədli avadanlıqların mövcud olduğu müəssisələrdə baş mühəndis vəzifələrinin təsisi, eləcə də əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrin ştat cədvəlinə tətbiq üzrə menecer ştatlarının daxil edilməsi qərara alınıb.


İclasda AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad ediliblər. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.


İclasda AMEA-ya dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin AMEA-nın elmi müəssisə və təşkilatları arasında bölüşdürülməsinə, habelə AMEA-nın İnnovasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi və fondda toplanmış vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi haqqında qərar qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50