Modern.az

Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi

Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi

20 Yanvar 2021, 09:42

Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə RF-nin Nyu-Yorkdakı Baş Konsulluğunun telefon xətlərinin açılması ilə bağlı yaranan problemin aradan qaldırılması tələbi ilə nota göndərib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

 

Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğunun nümayəndəsi Aleksey Topolski bildirib ki, gecəyədək vəziyyət dəyişməyib, şəhərə çıxışı olan bütün telefon xətləri tamamilə kəsilib.

 

Bildirilib ki, Baş Konsulluğun 30-dək telefon xətti bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı