Modern.az

Bakıda evdən 2 600 manatlıq oğurluq edildi

Bakıda evdən 2 600 manatlıq oğurluq edildi

25 Yanvar 2021, 14:04

Bakıda evdən oğurluq edən şəxs tutulub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Səbail Rayon Polis Şöbəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2 640 manat dəyərində müxtəlif əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Qazıyev və Ö.Musayev saxlanılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI