Modern.az

“Qarabağ klanı” DİRÇƏLİR - Koçaryanla Sarkisyan illər sonra görüşəcək

“Qarabağ klanı” DİRÇƏLİR - Koçaryanla Sarkisyan illər sonra görüşəcək

Qarabağ

27 Yanvar 2021, 12:07

Ermənistanda siyasi gündəm hər gün dəyişməkdə davam edir.

 

Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyana qarşı 17 partiyanın birgə başladığı mübarizə uğursuzluqla nəticələndiyindən, müxalifət artıq taktikanı dəyişmək qərarına gəlib.

Belə ki, yanvarın 30-da “Qarabağ klanı”nın 2 əsas siması – eks-prezidentlər Serj Sarkisyan və Robert Koçaryan görüşəcək. Görüşdə onlarla yanaşı, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının rəhbərliyi də iştirak edəcək.

 

Əsas müzakirə mövzusu özünü doğrultmayan “Vətənin Xilası Naminə” hərəkatının yerinə yeni strukturun yaradılması və Paşinyanı istefaya vadar etmək üçün mübarizə formasının dəyişdirilməsi olacaq.  

Xatırladaq ki, Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan uzun illər görüşməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı