Modern.az

Rəsul Quliyev İsa Qəmbəri günahlandırdı

Rəsul Quliyev İsa Qəmbəri günahlandırdı

29 Avqust 2012, 10:01

Azərbaycan Milli Məclisinin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasnın lideri Rəsul Quliyev Musavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizəd olaraq qatılmaq barədə açıqladığı qərarına münasbiət bildirib.

Modern.az saytına açıqlamasında Rəsul Quliyev bildirib ki, Müsavat başqanının namizədliyini irəli sürməsində qeyri-adi heç nə görmür.

“Mən demişdim ki, istənilən variantda İsa Qəmbər öz namizədliyini irəli sürəcək”-deyə eks-spiker vurğulayıb.

Rəsul Quliyev həmçinin Müsavat başqanının partiyanın ali tədbirini gözləmədən seçkilərdə namizəd olmaq niyyətini açıqlamasından təəcübləndiyini qeyd edib.

“Demokratiyadan dəm vuran bir şəxsin heç partiyanın konfransını keçirmədən namizədliyini irəli sürməsi onun əqidəsinin göstəricisidir. Mənim bir daha bu şəxs haqqında danışmaq fikrim yoxdur”-deyə Rəsul Quliyev bildirib.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir