Modern.az

Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir

Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir

7 Mart 2021, 20:54

Slovakiya koronavirus xəstələrini Almaniya və Polşaya göndərməyə başlayıb.

 

Modern.az-ın TASS istinadən məlumatına görə, ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, Slovakiya xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Təkcə ötən sutka ərzində ölkədə 2552 yeni yoluxma halı qeydə alınıb.

 

Hazırda Slovakiyada ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı ən yüksək həddə - 349 nəfərə çatıb. Məhz bu səbəbdən də artıq intensiv terapiya palatalarında boş yer qalmayıb.

 

İlk iki xəstə şənbə günü Almaniyanın Dortmund klinikasına göndərilib. Bu gün isə bəzi xəstələr Polşanın Qorlitsa şəhərindəki COVID hospitalına yola salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər