Modern.az

Müddəti bitmiş unlu və şəkərli qənnadı məhsulları təkrar satışa verilirmiş

Müddəti bitmiş unlu və şəkərli qənnadı məhsulları təkrar satışa verilirmiş

3 Sentyabr 2012, 14:21

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı şossesi ünvanında fəaliyyət göstərən, Rusiya Federasiyası istehsalı olan müxtəlif növ unlu və şəkərli qənnadı məhsulların idxalı və satışını həyata keçirən “Venera” MMC-də dövlət nəzarəti aparılıb. Komitədən Modern.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müxtəlif ticarət şəbəkələrindən geri qaytarılmış və yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixin silinərək yeni tarix qeyd olunduğu aşkar edilib. Eyni zamanda məhsulların üzərindəki etiketlərin qopardılaraq son istifadə müddətinin silinərək, yeni nüsxəsinə müəssisə tərəfindən tarix vurulub satışa göndərildiyi müəyyən olunub.

“Venera” MMC-yə məxsus anbarda aşkar olunmuş Rusiya Federasiyasının “Nevski” qənnadı fabrikinin istehsalı olan yararlılıq müddəti bitmiş 276 kq “Mия” konfetləri, yararlılıq müddəti 31.05.2012 tarixində bitmiş 210 kq “Тоффетто” şokoladlı irisi, üzərində istehsal tarixi olmayan 159 kq “Афинские тайны” adlı konfetləri, üzərində istehsal tarixi olmayan 80 kq “Фуринтик” marmeladı, Rusiya Federasiyasının “Penzenskiy xlebzavod” müəssisəsinin istehsalı olan üzərində yararlılıq tarixi olmayan 105 kq “Ароматное” adlı şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 90 kq “Вкусное” şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 91 kq “Пражское” şəkərli peçenye, üzərində istehsal tarixi olmayan 45 kq “Вологодское ванилное” peçenye, üzərində istehsal tarixi olmayan 243 kq “Вологодское” şəkərli peçenyeləri Dövlət Nəzarəti Xidməti tərəfindən aktlaşdırılaraq möhürlənmiş və satışı qadağan edilib. Müəssisədə araşdırmalar davam etdirilir.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir