Modern.az

Bayden Ərdoğanı devirmək istədiyini iki il öncə demişdi - ŞƏRH

Bayden Ərdoğanı devirmək istədiyini iki il öncə demişdi - ŞƏRH

Analitika

26 Aprel 2021, 15:14

“ABŞ prezidenti Co Bayden 2019-cu ildə Türkiyə lideri Ərdoğanı devirmək istədiyini açıq şəkildə dilə gətirmişdi”.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi şərh edərkən deyib. O, Baydenin fikirlərini də xatırladıb:

“Ona (Ərdoğana) fərqli yanaşma tətbiq etməliyik. Müxalifət liderlərini dəstəklədiyimizi, “yol xəritəmizin” olduğunu göstərməliyik. Əvvəllər etdiyim kimi, onlarla (müxalif liderləri) ilə təmasa keçərək, Ərdoğanı məğlub edəcək qədər gücləndirməliyik. Çevrilişlə yox, seçki yolu ilə”.

A.Nərimanlının sözlərinə görə, bu, “soyqırımı” ifadəsini işlədən Baydenin qarşıdakı dövrdə Türkiyədə daxili siyasi proseslərə müdaxiləyə start verəcəyi ehtimalını önə çıxarır.

“Bu kontekstdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbər vəzifəsində Samanta Pauerin namizədliyinin irəli sürülməsi diqqət çəkir. Samanta Pauer ermənilərə açıq dəstəyi ilə tanınır, hətta qondarma “erməni soyqırımı”nın qeyd olunduğu 24 aprel tarixini özünü doğum günü elan edib.

Çevrilişlərin maliyyələşməsini həyata keçirən USAİD-in rəhbərliyinə Pauerin gətirilməsi Vaşinqtonun “erməni inqilabı”nı bütün bölgə üzrə platforma olaraq istifadə etmək planını yenidən aktivləşdirmək istəyindən xəbər verir.

Türkiyə ilə yanaşı, Azərbaycan da hədəf ola bilər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır