Modern.az

XİN-də iki yeni idarə yaradıldı

XİN-də iki yeni idarə yaradıldı

4 May 2021, 18:12

Xarici İşlər Nazirliyində (XİN) yeni idarələr yaradılıb.

 

Modern.az xəbər verir ki, nazirlikdə aparılan struktur islahatları çərçivəsində Təşkilat-nəzarət idarəsi təsis olunub.

 

Yeni idarənin fəaliyyətinə nəzarəti xarici işlər naziri Ceyhun Bayramov həyata keçirəcək.

 

Əvvəllər C.Bayramovun kurasiyasında olan Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım idarəsinə (Agentlik) nəzarət isə nazir müavini Fariz Rzayevə tapşırılıb.

 

Nazirin digər müavini Mahmud Məmməd-Quliyevin kurasiyasında olan İnsan hüquqları və demokratiya idarəsi ləğv edilərək onun əsasında Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsi yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI