Modern.az

Parlament ikinci dəfə Paşinyanın namizədliyini rədd etdi

Parlament ikinci dəfə Paşinyanın namizədliyini rədd etdi

10 May 2021, 20:38

Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin Baş naziri postuna irəli sürülmüş namizədliyini rədd edib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bununla da, qanuna əsasən, parlamentin buraxılması artıq labüdləşib.

 

“Paşinyanın lehinə cəmi bir deputat səs verib. 76 deputat isə bitərəf qalıb. Bu, o deməkdir ki, Ermənistan Konstitusiyasına əsasən, parlament buraxılmalı və yeni seçki keçirilməlidir”, - deyə millət vəkili Ararat Mirzoyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...