Yaponiyanın Fukuşima əyalətində 6 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
Yerin 40 kilometr dərinliyində meydana gələn zəlzələ paytaxt Tokio da daxil olmaqla, ətraf bölgələrdə də hiss edilib.
Qeyd edək ki, dağıntı və tələfat olmayıb.
Aysel Məhərrəm