Arxiv
29 Sentyabr 2012, 11:33 | AKTUAL
Erməniləri əyləndirən Kirkorovun Bakı konsertinin pərdəarxası...

Erməni əsilli müğənnini Azərbaycanın Dövlət Bayraq günündə Bakıya gətirib konsertini təşkil edirlər...

Erməni əsilli müğənni, Rusiyanın xalq artisti Filip Kirkorov Bakıda konsert verəcək. Dəfələrlə Azərbaycana gəlməyə çalışan və səfəri etirazla qarşılanan Kirkorov nəhayət 9 noyabr 2012-ci il tarixində Heydər Əliyev adına Sarayda bakılı tamaşaçıların qarşısına çıxacaq. Erməni əsilli müğənninin Azərbaycanın Dövlət Bayraq günündə Bakıda konsert verməsi təəssüf doğurur. Bəs onu Azərbaycana kim və necə gətirir, belə bir əlamətdar gündə niyə konsertini təşkil edirlər?

Bundan öncə də Kirkorovun Bakıda konsert verəcəyi xəbəri yayılıb və hər dəfə də ictimaiyyət buna qəti şəkildə etiraz edib. Yada salaq ki, müğənninin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfəri və onun ermənilərin separatçı rejiminin qondarma “müstəqillik” günündə konsert verməsi rəsmi Bakı tərəfindən etirazla qarşılanmışdı.

Filip Kirkorovun Bakıda planlaşdırılan konsertinin biletləri artıq satışa çıxarılıb. Belə görünür ki, Bakıda ona sevgi göstərənlər az deyil.

Qeyd edək ki, qanunvericiliyin tələbinə müvafiq olaraq Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakıdan icazəsiz səfər edən istənilən xarici ölkə vətəndaşının respublikamıza buraxılması yolverilməzdir. Həmin şəxs minimum 5 il müddətinə Azərbaycan ərazisinə buraxılmamalı, onun adı Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınmaldır.

Belə məqamda erməni əsilli müğənninin Bakı konsertinin gizli məqamları ortaya çıxır.

Modern.az Filip Kirkorovun Bakı səfərinin pərdəarxasını araşdırmağa çalışıb.

Məsələyə öncə Xarici İşlər Nazirliyindən münasibət öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəbhəri Elman Abdullayev Modern.az-a açıqlamasında bildirdi ki, Filip Kirkorovun adı heç vaxt Azərbaycanda “qara siyahı”ya salınmayıb.

“Filip Kirkorovun Bakıya gəlməsinə rəsmi şəkildə heç bir qadağa qoyulmayıb. Onun adı “qara siyahı”ya da salınmayıb. Bu baxımdan müğənninin Bakıda konsert verməsi mümkündür. Hər hansı problem yoxdur”, - deyə E.Abdullayev bildirib.

Mədəniyyət və Turizm Nazirliyi isə Kirkorovun konsertindən xəbərsiz olduğunu bildirib. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov sözügedən konsert proqramının rəsmi şəkildə təşkil olunmadığını bildirib.

“Filip Kirkorovun Bakıdakı konserti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmadığı üçün onun Azərbaycana necə gələcəyini deyə bilmərik. Hər halda, Kirkorov Bakıya gələcəksə, deməli ona icazə verilir. Yəqin ki, müğənninin Azərbaycana gəlməsinə qadağa qoyulsaydı, konsertinə də icazə verilməzdi”.

Araşdırmamız zamanı məlum oldu ki, erməni əsilli müğənninin konsertinin təşkilatçısı “İtaldizayn Group”  şirkətidir. Sözügedən şirkətin isə rəsmi şəxslərə yaxın olduğu bildirilir. Erməni kökənli müğənninin Bakı səfəri ölkə miqyasında böyük təpkiylə qarşılansa da, görünür onun bu dəfəki konserti baş tutacaq.

Heydər Əliyev adına Saraydan əməkdaşımıza bildirilib ki, 9 noyabr konsertinin biletləri artıq satılıb qurtarmaq üzrədir.

Qeyd edək ki,  Rusiyanın məşhur müğənniləri Katya Lel, Soso Pavliaşvili, Nadejda Babkina, Aleksandr Peskov, Valentina Leqkostupova, Stas Kostyuşkin, Denis Kiyaver, İrina Otievanın Azərbaycana gəlməsi qadağan olunub. Onlar Azərbaycanın “qara siyahı”sında olan tanınmışlardır. "Çay vdvoyom" qrupunun isə 2003-cü ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılmasının 13 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etdiyinə görə Azərbaycanda konsert verməsinə dövlət səviyyəsində qadağa qoyulub. Bunlardan yalnız Katya Lel sonradan peşiman olduğunu bildirdi, üzr istədi və bəraət aldı.
Filip Kirkorov da bu qəbildən olan müğənnidir, Dağlıq Qarabağa səfər edib, amma onu Bakıda  niyə “qara siyahı”ya salmayıblar, bax bu çox təəccüblüdür....

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13