Modern.az

“Ancaq o zaman Ermənistanın nə edəcəyini biləcəyik” – Polkovnikdən ŞƏRH

“Ancaq o zaman Ermənistanın nə edəcəyini biləcəyik” – Polkovnikdən ŞƏRH

1 İyun 2021, 13:05

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiya işini dayandırıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Ermənistan tərəfi komissiyanın işinin dayandırılması ilə nə etməyə çalışır, yenidən müharibə olmasına bir işarədirmi?

 

Hərbi ekspert Şair Ramaldanov Modern.az-a məsələ haqqında danışıb.

O, komissiyanın işinin  dayandırılmasının müharibəyə işarə ola bilməyəcəyini qeyd edib:


“Ermənistan müharibə etməyi bacarsaydı, 44 günlük Vətən Müharibəsində özünü göstərərdi. Ermənistan kapitulyasiya aktına qol çəkən dövlətdir. Müharibə başlayan gündən bu günə qədər bərbad durumdan çıxa bilmirsə, müharibədən danışa bilməz. Ermənistan 44 günlük müharibəyə hazır deyildi, indi də müharibə etməyə hazır deyil”.

 

Polkovnikin fikrincə, üçtərəfli komissiyanın işini dayandırması gözlənilən idi.

“Komissiyanın işinin dayandırılması isə təbii haldır. Ermənistanda hər kəs seçkiqabağı marafona çıxıb. Seçkilər bitib, hakimiyyət yerbəyer olana qədər bu hadisənin olması normaldır. Hazırda hansısa komissiyanın qəbul etdiyi qərar təsdiq olunmalıdır. Əgər Nikol Paşinyan müvəqqəti olaraq vəzifəsini icra edirsə, sənəd kim tərəfindən təsdiq olunacaq?

Bütün təxribatlar, revanşist fikirlər hər biri seçkiqabağı ritorikadır. Azərbaycan seçkiləri gözləməlidir. Seçkilərdən sonra bu məsələlərin hər biri öz yerini tapacaq. O zaman biləcəyik ki, Ermənistan nə etməyə çalışır. Azərbaycan onların hərəkətlərinə uyğun öz addımlarını atacaq. Azərbaycan komissiya məsələsində heç bir addım atmayacaq. Çünki bu komissiya üçtərəfli saziş əsasında yaranıb. Komissiya müvəqqəti dayandırılıb. Yəqin ki, iyun ayında yenidən fəaliyyətini bərpa edəcək”.

 

Ekspert Laçın dəhlizi məsələsinə də toxunub:

“Komissiya fəaliyyətinin dayandırılmasının Laçın dəhlizinə təsiri ola bilməz. Laçın dəhlizinə rus sülhməramlı qüvvələr nəzarət edir. Əgər Ermənistan tərəfi bəyanatın hansısa bəndini yerinə yetirməkdən çəkinsə, dəhliz tam bağlanmasa da müəyyən məhdudiyyətlər ola bilər”.

 

Mehri Qurban

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi