Modern.az

Uels - Türkiyə matçına 15 min bilet satılıb

Uels - Türkiyə matçına 15 min bilet satılıb

14 İyun 2021, 16:44

Avropa Çempionatının A qrupunun Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O qeyd edib ki, qarşılaşma üçün 15 mindən artıq bilet satılıb.

Qeyd edək ki, iyunun 16-da keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.

Bakıda Uels və İsveçrə komandalarının ilk görüşü heç-heçə yekunlaşıb.

Fidan İlqar

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır