Modern.az

Deputat kürsüləri Paşinyan, Koçaryan və Sarkisyan arasında necə bölünəcək?

Deputat kürsüləri Paşinyan, Koçaryan və Sarkisyan arasında necə bölünəcək?

21 İyun 2021, 14:17

Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra parlamentdə qüvvələr nisbəti məlum olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Konstitusiyaya əsasən parlamentdə 101 deputatla yanaşı, 4 ən çoxsaylı milli azlıqların (rus, kürd, yezidi və assuriyalı) hərəyə 1 deputatı olmalıdır.

 

Seçkinin yekun nəticəsinə əsasən, parlamentdə Nikol Paşinyanın başçılıq etdiyi  “Vətəndaş müqaviləsi” partiyasının 72, eks-prezident Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” blokunun 27, eks-prezident Serj Sarkisyanın faktiki rəhbərlik etdiyi, lakin Artur Vanetsyanın başçılıq etdiyi “Şərəf duyuram” blokunun isə 6 mandatı olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi