Modern.az

Qarabağda 1586 erməni hərbçinin cəsədi tapılıb

Qarabağda 1586 erməni hərbçinin cəsədi tapılıb

Qarabağ

29 İyun 2021, 10:16

Qarabağdakı döyüş əməliyyatları zamanı ölən və hələ də itkin düşmüş sayılan erməni hərbçilərin cəsədlərinin axtarışı davam etdirlir.


Modern.az xəbər verir ki, işğaldan azad olunmuş Tərtərin Suqovuşan qəsəbəsi ətrafında aparılan dünənki axtarış işləri nəticəsində daha bir erməni hərbçinin cəsəd qalıqları tapılıb.

Cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

 

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Qarabağın Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərində aparılan axtarışlar nəticəsində 1586 erməninin cəsədi və qalıqları tapılaraq Ermənistana təhvil verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı