Modern.az

Gürcüstanda hamilə qadın qonşusunun hücumuna məruz qaldı

Gürcüstanda hamilə qadın qonşusunun hücumuna məruz qaldı

Dünya

4 İyul 2021, 14:44

Marneuli sakini 7 aylıq hamilə qadın Amelia Urumova, qonşusu tərəfindən hücuma məruz qaldığını iddia edib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o bu barədə "Formula" telekanalının efirində yayımlanan proqrama müsahibə verərkən deyib. A.Urumovanın sözlərinə görə, ona hücum edən şəxs qonşusu Xatuna Qelaşvilidir.

 

O, əlavə edib ki, insident zamanı ərazidə polislər də olub, onlar getdikdən sonra isə Xatuna Qelaşvili tərəfindən fiziki şiddətə məruz qalıb:

 

"Hesab edirdim ki, polislərin yanında güvəndə olacam. Ancaq, onlar getdikdən sonra, Xatuna həyətə daxil olaraq məni döyməyə başladı. O mənim başıma və bədənimə vururdu", - deyə Urumova bildirib. Urumova ona qarşı olan fiziki şiddət hallarını ictimai aktivliyi və könüllü fəaliyyətləri ilə əlaqələndirib. Hadisə ilə bağlı Urumovanın qonşuları da fikir bildiriblər. Onlar hamilə qadının məsələdə müxtəlif maraqlarının olduğunu istisna etməyərək bildiriblər ki, Urumova qarşı tərəfin pulunu mənimsəyirmiş və hadisə də bu üzdən baş verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü