Modern.az

Olimpiyadada daha 29 nəfər virusa yoluxdu

Olimpiyadada daha 29 nəfər virusa yoluxdu

4 Avqust 2021, 08:17

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarına cəlb edilən 29 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az "TASS"a istinadən bildirir ki, bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin saytında məlumat yer alıb.

 

Bildirilib ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 322 nəfərə çatıb.

 

Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir