Modern.az

Bu sahədə çalışanların maaşı artdı

Bu sahədə çalışanların maaşı artdı

18 Avqust 2021, 18:16

Yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 milyard 230,7 manat, qeyri-neft-qaz sektorunda 673,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 639,5 manat, özəl müəssisələrdə isə 827 manat olub.

 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir