Arxiv
20 Avqust 2021, 12:24 | TƏHSİL
 “Bütün imkanlar ənənəvi təhsilin bərpasına yönəlib” - Mehriban Vəliyeva

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar müsahibə verib.

 

Modern.az həmin müsahibəni təqdim edir:

 

-Dərs ilinin başlanmasına sayılı günlər qalır. İndi bütün diqqətlər, müzakirələr bu istiqamətə yönəlib ki, əyani tədris bərpa olunacaq, yoxsa proses yenə məsafədən təşkil olunaq?

 

-Hədəfimiz, bütün səylərimiz ona yönəlib ki, ənənəvi təhsil bərpa olunsun, yenə tədris ocaqlarımız əvvəlki qələbəliyini yaşasın. Övladlarımız doğma məktəblərindən, sevimli müəllimləri, məktəb yoldaşları ilə canlı ünsiyyətdən uzaq qalmasınlar.

Məktəb divarları arasında müəllim- şagird ünsiyyəti, mənəvi bağlılığı heç nə ilə əvəz oluna bilməz. Məktəbin gözəlliyi, özəlliyi onun şagirdləridir. Dərs zamanı hökm sürən sakitlik, tənəffüs zəngi ilə yaranan səs-küy…bax, budur bizim həsrətində olduğumuz məktəb. Dediyim kimi, bütün səylərimiz də bunun üçündür. Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib. Əlbəttə ki, bu arzuya gedən yol da kütləvi vaksinasiyadan keçir.

 

-Maraqlıdır, dərs bölgüsü zamanı peyvənd olunan müəllimlərlə peyvənd olunmayanlar arasında fərq qoyulacaqmı?

 

-İlk növbədə qeyd edim ki, müəllim həmişə yol göstərən, maarifləndirən olub və bu, bu gün də belədir. Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.

Bir məsələni də qeyd edim ki, tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin əks-göstəriş sertifikatlarının tələb olunması müzakirə edilir. Düşünürəm ki, müvafiq tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək.

Bizim üzərimizə düşən isə normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Unutmayaq ki, virus alacağımız tədbirlərdən daha güclü deyil. Alacağımız ən böyük tədbir isə peyvənd olunmaqdır. Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq.

 

-Son zamanlar ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə belə bir fikir dolaşır ki, valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Bu fikir reallığı əks etdirirmi?

 

-Məsələyə Təhsil Nazirliyi rəsmi olaraq açıqlama verdi, aydınlıq gətirdi. Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də, əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram.

Sonda bir daha qeyd edim ki, paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur. Hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa normal həyata qayıtmağımız yolunda yaşıl işıq yanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55