Modern.az

Xanım deputatlar Türkiyəyə gediblər

Xanım deputatlar Türkiyəyə gediblər

7 Noyabr 2012, 10:54

Milli  Məclisin  deputatları  Qənirə  Paşayeva  və Jalə Əliyeva  “Heydər Əliyev və Mustafa Kamal Atatürk – Türk dünyasının ulu öndərləri”, “Türkiyə - Azərbaycan: liderlik, siyasi irs və baxış” mövzularında  konfranslarda  iştirak etmək üçün noyabrın  6-dan  8-dək  Türkiyədə  səfərdə  olacaqlar.

Hər iki tədbir Ankara Dövlət Universitetində tələbə-gənclər təşkilatının təşəbbüsü ilə keçiriləcək.  Toplantıda Qənirə Paşayeva “Türkiyə - Azərbaycan  münasibətlərinin dünəni, bu günü və sabahı”, Jalə Əliyeva isə “Türkiyə - Azərbaycan  əlaqələrinin  inkişafında Heydər Əliyev  və Atatürk  siyasi irsinin rolu”   mövzusunda  məruzələrlə çıxış edəcəklər.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü