Modern.az

Ölkədə peyvəndlənənlər 50 faizə çatır 

Ölkədə peyvəndlənənlər 50 faizə çatır 

19 Oktyabr 2021, 09:24

Azərbaycanda ümumi əhalinin 49 faizi COVID-19-a qarşı peyvənd olunub. 

 

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 51 faiz təşkil edir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 9 195 023 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 964 341 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 nəfərdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub