Modern.az

Keçmiş merdən seçkiyə etiraz

Keçmiş merdən seçkiyə etiraz

Aktual

31 Oktyabr 2021, 09:06

Gürcüstan Mərkəzi Seçki Komissiyasının Poti şəhərində yekun seçki nəticələrinə görə, "Gürcü Arzusu"nun namizədi Beka Vaçaradze 57,35% səslə qalib elan olunub.

 

Modern.az xəbər verir ki, seçki nəticələrinə Vahid Milli Hərəkat Partiyasının namizədi, Tiflisin keçmiş meri Georgi Uqulava etiraz edib.


O, seçkilərdə 42,65% səs toplayaraq, ikinci olub.


Uqulava seçki nəticələrini tanımadığını, məhkəməyə müraciət edcəklərini açıqlayıb:


“Bilirik ki, məhkəmə hakim partiyanın nəzarətindədir və nəticələrdə heç bir dəyişiklik olmayacaq, ancaq biz şikayət edəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü