Modern.az

Bahalı neft erası qayıdır - Azərbaycan milyardlarla dollar ƏLDƏ EDƏCƏK

Bahalı neft erası qayıdır - Azərbaycan milyardlarla dollar ƏLDƏ EDƏCƏK

İqtisadiyyat

2 Noyabr 2021, 11:26

Neftin qiyməti ilə bağlı yeni proqnoz verilib.

 

Modern.az “Bank of America”ya istinadən xəbər verir ki, “qara qızıl”ın qiyməti 2022-ci ilin iyununda 1 barrel üçün 120 dollara çata bilər.

 

Analitiklər yanacağa artan tələbat fonunda xammalın bahalaşdığını söyləyirlər.

 

“Təbii qaz və daş kömürü bahalaşdıran dünya energetika böhranı Nyu-York və London birjalarında neft qiymətlərinin sürətlə artmasını şərtləndirib. Bu tendensiya gələn il də davam edəcək, benzin, dizel yanacağı və aviasiya kerosininə tələbat artacaq”.

 

“Bank of America” hazırda bazarda tələbin təklifi üstələdiyini, iqlim sammiti fonunda yeni neft yataqlarına investisiyaların azalacağını bildirib.

 

 

Hazırda dünya bazarlarında “WTI” markalı Texas nefti 7 ilin rekordunu yeniləyərək 1 barrel üçün 85 dollara satılır. Digər tərəfdən, Brent nefti 2022-ci ilin yanvar müqavilələrində 84,54 dollara satılır.

 

Qeyd edək ki, Azərbaycanın 2022-ci il üçün büdcə layihəsində 1 barrel neftin qiymətinin 50 dollardan hesablanması təklif olunur. Beləliklə, “Bank of America”nın proqnozlarının doğru olması halında Azərbaycana milyardlarla dollar əlavə gəlir daxil olacaq.  

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir