Rusiya və Hindistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
Modern.az xəbər verir ki, sənədi Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev və Hindistan müdafiə nazirinin hərbi təchizat üzrə müavini Kant Raq imzalayıb.
Sazişin müddəti 2030-cu ilə qədər təyin olunub. Müqavilənin qoşun növlərinin qarşılıqlı əməkdaşlığı, eləcə də ortaq silah və hərbi texnikaların istehsalı kimi sahələri əhatə etdiyi bildirilib. Hər iki ölkə arasında “BrahMos” raket kompleksinin, Su-30 təyyarələrinin və T-90 tanklarının birgə istehsalı ilə bağlı müəyyən məsələlərdə ilkin razılıq əldə edilib.
Qeyd edək ki, Rusiya lideri Putin Hindistanda səfərdədir.