Modern.az

Pula tüpürən şəxs polisə ÇAĞIRILDI

Pula tüpürən şəxs polisə ÇAĞIRILDI

Aktual

10 Dekabr 2021, 14:35

"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb".

 

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzrxahlıq edib".

 

Qeyd edək ki, həmin şəxsin sosial şəbəkələrdə pula tüpürməsilə bağlı görüntülər paylaşılmışdı.

Sizə yeni x var
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada