Modern.az

Qadınlara 8 Mart hədiyyəsi

Qadınlara 8 Mart hədiyyəsi

6 Mart 2013, 16:46

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi və “Lider Qadınlar” İctimai Birliyi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınlarına həsr olunan konsert proqramı hazırlanıb. İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, konsert tanınmış türk  sənətçisi, hər il dünyanın bir çox şəhərlərində möhtəbər festivallarda çıxış edən Oya Ergün ifaçılığı ilə olacaqdır.

Bildirilib ki, bayram  tədbiri çərçivəsində iştirakçılar  çox özəl və möhtəşəm  konsert proqramının şahidi olacaqlar. Oya Ergünün qadınlara həsr etdiyi bəstələri Renessans Rəqs qrupunun iştirakı ilə tamaşaçılara nümayiş olunacaq. Bundan əlavə Oya Ergün həmçinin konsertdə qadın bəstəkar Sevinc Tofiqızı və müğənni Coşqun Viləşlə duet oxuyacaq.

Konsert  7mart  2013-cü il tarixində saat 19.00 - da Rəşid Behbudov adına Mahnı Teatırında  keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı