Modern.az

Köçkünlər BDU-nun yataqxanalarından çıxarılır

Köçkünlər BDU-nun yataqxanalarından çıxarılır

13 Mart 2013, 12:51

“Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb”. Bu haqda Modern.az-a məlumat verən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib ki, yataqxanadakı məcburi köçkünlərin Qaradağ rayonu Müşfiqabad qəsəbəsinə köçürülməsi prosesi dünəndən başlanılıb.

O həmçinin bildirib ki, köçürülmə prosesində məcburi köçkünlərin əşyalarının daşınması üçün də komitə tərəfindən nəqliyyat vasitələri ayrılıb. “BDU-nun yataqxanalarındakı məcburi köçkünlər köçürüldükdən sonra isə Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasında məskunlaşan 677 ailə qəsəbəyə köçürüləcək”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü