Modern.az

Meksikada 8 jurnalist qaçırılıb

Meksikada 8 jurnalist qaçırılıb

Təhsil

11 Mart 2010, 15:18

Meksikada son 2 həftə ərzində 8 qəzetçi qaçırılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərdən biri işgəncə ilə öldürülüb, ikisi azad olunub, 5 nəfər isə itkin düşüb.

İnter-Amerika Qəzetçilər Cəmiyyəti bu faktla bağlı narahatçılığını açıqlayıb. Cəmiyyətin sədri Alexandro Aquirre Qərb yarımkürəsində jurnalistlərin bu cür qaçırılmasına təsadüf olunmadığını deyib.    “Meksika hökuməti dərhal hərəkətə keçməli və jurnalistləri xilas etməlidir”,-deyə cəmiyyətin bəyanatında bildirilir. Məlumata əsasən jurnalistlər Meksikanın narkotik şəbəkələri tərəfindən qaçırılıb. Yerli əhali narkotik şəbəkələrin intiqamından qorxaraq  jurnalistlərin  qaçırılması  barədə polisə hər hansı məlumat verməkdən çəkinib. Bir sıra qəzetlər də olayı xəbər kimi yaymaqdan ehtiyatlanıblar. Yalnız köşə yazarları öz yazılarında jurnalistlərin qaçırılmasından bəhs ediblər.

Meksika jurnalistlər üçün ən təhlükəli ölkə hesab edilir. Ötən il 12 qəzetçi qətlə yetirilib. İlin əvvəlindən isə 3 jurnalist öldürülüb. Ümumiyyətlə isə Meksikada 2000-ci ildən bu yana 60 jurnalist qətlə yetirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü