Modern.az

Türkiyə kubokunun builki sahibi bəlli oldu

Türkiyə kubokunun builki sahibi bəlli oldu

23 May 2013, 09:05


Ötən gecə Türkiyə kubokunun final oyunu keçirilib. Ankarada baş tutan matçda “Trabzonspor”la “Fənərbaxça” üz-üzə gəlib.

Görüş 1:0 hesabı ilə "Fənərbaxça"nın xeyrinə başa çatıb. Qolu Mousa Sou öz aktivinə yazıb.

Beləliklə, "Fənərbaxça" ardıcıl ikinci və tarixində altıncı dəfə Türkiyə kubokunu qazanıb. 

Qeyd edək ki, bu komandalar arasındakı 39 illik rəqəbətdə 110 matç baş tutub. Oyunların 43-də “Fənərbaxça”, 37-də “Trabzonspor” qələbə qazanıb, 30 oyun heç-heçə yekunlaşıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü