Modern.az

Deputat Aydın Mirzəzadə ilə FOTOSÖHBƏT

Deputat Aydın Mirzəzadə ilə FOTOSÖHBƏT

Fotosöhbət

29 İyun 2013, 00:14

Modern.az saytı deputat Aydın Mirzəzadə ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Aydın Böyükkişi oğlu  Mirzəzadə 1957-ci ildə iyulun 2-də Mingəçevir şəhərində anadan olub.

1974-ci ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirib və 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olub.1980-ci ildə oranı inşaatçı-mühəndis ixtisası üzrə bitirib.  

1980-ci ildə təyinatla Rusiyanın Tver vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləyib. 1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub və fərqləndiyinə görə adı hərbi hissənin Fəxri Kitabına salınıb. 1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak edib və 1992-1999-cu illərdə təşkilatın sədri olub.1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. 

Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il) və III (2005-ci il) qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilib. 2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olub. Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər namizədidir. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. 

Ali məktəblərdə sosial-siyasi fənlərdən dərs deyir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır. Azərbaycan Respublikası II çağırış (2000-ci il) Milli Məclisində Mingəçevir seçki dairəsindən deputat olub. 2005-ci ildə növbəti dəfə 47 saylı Mingəçevir seçki dairəsindən deputat seçilib.

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. 7 dekabr 2010-cu ildən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavinidir. Ailəlidir. İki övladı var.

 

Mingəçevirdə həyətimizdə uşaq vaxtı çəkilən şəkil... Uzun müddət elə bilmişəm ki, fotoqraf çəkən zaman aparatını düz tutmayıb. Sonra xatırladım ki, uşaq vaxtı yerə maili durmağı çox xoşlayırdım. 


1958-ci il, Mingəçevirdə həyətimizdə çəkilən şəkil... Atamın dediyinə görə mən yuxudan yenicə durmuşam.  


 

Mingəçevirdəki həyətimizdə çəkilən şəkil.  3 yaşım olanda bu paltar üstümdə alışdı və tam təsadüfən həyatım xilas oldu. Küşədə yanan ocağa ayağımla basanda bambaz parçadan olan paltarıma od keçdi və paltarım bir anda məşələ döndü, nənəm və anam mənə tərəf tez qaçıb, bağırlarına basıb, alovu söndürdülər. İki dəqiqə geciksəydilər, mən indi həyatda yox idim.

 

Həyətimizdə çəkilən şəkil, 1959-cu il. Böyük qardaşım Nofəl, mən və böyük bacım Mahudə... Biz hər zaman dost olmuşuq... İndi də bu belədir... 


1969-cu il, Mingəçevir şəhər 10 nömrəli məktəbin əlaçılar lövhəsi üçün çəkilən şəklim... V sinifdə oxuyuram. Bütün 10 ili şəklim şərəf lövhəsində olub.

 

Mingəçevir,  10 nömrəli məktəbdə 4-cü  sinifdə oxuyuram. Yuxarıda soldan 3-cüyəm.


1974-ci il, buraxılış zəngindən sonra bir qrup dostlarla şəkil çəkdirdik. Mən ikinci cərgədə sağdan 2-ciyəm...

 

1979-cu il, Azərbaycan  İnşaat Mühəndisləri İnstitunun ən fəal tələbələri, 2-ci cərgədə soldan 1-ci mənəm. Mərkəzdə  rektorumuz Sənan Mustafayev, onun qarşısında universitetin indiki rektoru Gülçöhrə xanım Məmmədova dayanıb.


 

İnstitutun dördüncü kursu, tədbirlərin birində... Mərkəzdə dayanmışam...

 

Rusiyanın Kalinin vilayətində tələbə inşaat dəstəsində çəkilmiş şəkil. Yanımdakı oğlan başqa fakültədən idi, adı yadımda deyil. 1979-cu il. 


Bu şəkil deyəsən məktəbin şərəf lövhəsi üçün çəkilmişdi. Kimsə şəklimin kənarını kəsib. 1973-cü il...


1983-cü il SSRİ xalq artistləri Müslüm Maqomayev və Tamara Sinyavskaya Mingəçevirə mənim işlədiyim Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasına gəliblər... Bir qrup işçi ilə xatirə şəkli... Mən Müslüm Maqomayevdən solda, bimirəm neçənciyəm.

1986-cı il toyların birində çəkilib. Sağdan birinci kepkada olan mənəm... 


Pavoljye Sosial Siyasi İnstitutu, qrup 116. 


Pavoljye Sosial Siyasi İnstitutunda martın 21-də Novruz bayramı münasibətilə foyedən asdığımız tanıtım lövhəsi. Bizimlə birlikdə Orta Asiya respublikalarından nümayəndələr oxusa da, yalnız biz lövhə hazırlamışdıq. Lövhənin müəllifi mənəm. 


İnstitut xatirələrindən biri...

 

İnstitutun V kursu. Tələbə dostlarımla küçədə gedərkən təsadüfən 5 manat tapdıq. Həmin 5 manata nahar etdik, dondurma yedik və sonra isə filarmoniya yaxınlığnda şəkil şəkdirdik. 


Yaxşı qulluğuma görə 1981-ci il hərbi hissədə bayrağın yanında şəklim çəkildi. Bu o zaman  mükafat sayılırdı.


1982-ci il. 21131 saylı hərbi hissədə iclas keçirilir, iclasın sədri mənəm. Tribunadakı hərbi hissənin komandiri polkovnik Lısenkodur. O təkidlə hərbi xidmətdən sonra məni zabit kimi saxlamq istəyirdi. 


Hərbi hissədə olan şəklim, baş serjant rütbəsini təzə almışam, qulluğumun bir ili yeni tamam olub.


1981 -ci il əsgər yoldaşım çeçen Mehdi ilə çəkilmiş bir foto... Mənim xahişim ilə yazıları çeçen dilində yazıb... 

Həyat yoldaşım Təranə xanımla 24 avqust 1984-cü il kəbin kəsdirəndən sonra çəkdirdiyimiz ilk şəkil.. 


24 noyabr 1984-cü il toy günü. Təranə xanımı maşına əyləşdirirəm. 


Ailəvi şəklimiz. Hər il dekabrın 5-də oğlumun ad günündə şəkil çəkdiririk. 1991 ci il dekabrın 5-də çəkilib. Həyat yoldaşım, qızım Sona, oğlum Fərhad


Pavoljye Sosial  Siyasi İnstitutun ilk dərs günündə, akt zalında keçirilən tədbirdə, soldan birinciyəm. 


5 dekabr oğlumun ad günündə çəkdiridiyimiz şəkil. 1993-cü il, Mingəçevir .


Saratov şəhəri... Xanımım, uşaqlar Sona və Fərhad


Anam Firəngiz və qardaşım Üzeyir..

 

Biz 4 qardaş, iki bacıyıq. Böyük qardaşım Nofəl, arxada isə Üzeyir, Rubayi və mən.. Biz həmişə mehriban olmuşuq...


Həmişə ata sözünə ehtiyacım var...


Xanımım Təranə xanımla təbiətin guşəsində...


İki Mirzəzadə... Mən və oğlum.


Paris, Eyfel qülləsi və mən. Çox istərdim ki, belə bir tikinti Bakıda da olsun.


Ailəvi şəkil.. Ortada atam Böyükkişidir. Və bacardığımız qədər övladlarımızı bura gətirmişik.. Aramızda yalnız anam Firəngiz yoxdur....


Televiziyaların birində verilişdən sonra birgə çəkdirdiyimiz şəkil...

 

İbtidai sinif müəliməm Xanım Ömərova ilə. 

 

45 yaşımı Mingəçevirdə ata evində qeyd edirəm. Anam Firəngiz xanım, atam Böyükkişi Mirzəzadə, qardşım, bacım uşaqları, oğlum. Mənim üçün çox əziz şəkildir

 

Ağsaqqal, görkəmli dövlət xadimi, Azərbaycanın müstəqil dövlətçiliyində böyük xidmətləri olmuş Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovla parlamentdə 5 il bir yerdə oturmuşuq... Çox gözəl insan idi...

 

İlk dəfə dərc edilən şəkil... Ulu öndər Heydər Əliyev 1999-cu il YAP-ın birinci qurultayından sonra yeni seçilən Siyasi Şura üzvləri ilə söhbət edərkən. Mən mərkəzdə, bir qədər sağdayam...


Baş Pprokurorluqda tədbirlərin birində...

 

2005-ci ildə təbliğat kampaniyasında belə maşından istifadə etdik..

 

İnşaat Mühəndislər İnstitutunun məzunlarının görüşü, mərkəzdə dayanmışam.

 

Ziyalılar polemika edirsə, deməli həyat davam edir.. 

 

Parlament Jurnalistləri Birliyinin 2006-ci il üçün elan etdiyi "Seçici hüquqlarını müdafiə edən fəal deputat" mükafatı verildikdən sonra deputatatlarla bir qrup jurnalist bir arada.   

 

Çox böyük hörmət bəslədiyim Şeyxülislam Allahşükür Paşazadə ilə...  

 

 

Hərbi hisələrin birində.... Mən hər zaman özümü əsgər hiss edirəm. 

 

Almaniya, Berlində tədbirlərin birində. Azərbaycan bayrağı qarşısında dayanmaq mənim üçün şərəfdir...

 

YAP icra katibinin müavini  Mübariz Qurbanlı ilə... "Yedina Rossiya" Partiyasının qurultayından sonra Qızıl Meydanda çəkilən bir xatirə şəkli..

 

Tədbirlərin birində xalq artisti Nazpəri Dostəliyeva və sənətsevərlərin biri ilə...

 

Azərbaycan ordusunun generalı ilə yanaşı durmaq şərəfdir...  

 

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev çox maraqlı həmsöhbət imiş..  

 

Mədinə şəhəri. Milli Məclisin sədri Oqtay Əsədov, deputat Fəttah Heydərov və mən...

 

Böyük Britaniya, Londonda Biqbenin yanında lordların biri ilə...  

 

2002-ci il tədbirlərin birində SSRİ xalq rəssamı Tahir Salahov. Yanında bacısı, Azərbaycanın tanınmış ictimai xadimi Zərifə Salahova və görkəmli elm adamları...

 

Brüsseldə Zəfər Tağının yanında...

 

Atam, şair filosof Böyükkişi Mirzəzadə ilə... Onunla söhbət mənim üçün bir dünyadır...

 

Milli Məclisin spikeri Oqtay Əsədovla...

 

Ədliyyə Nazirliyində Heydər Əliyevin ad günü ərəfəsində keçirilən tədbirdə çıxış...

 

AŞPA-nın nümayəndə heyətinin sədri, Milli Məclisin deputatı, ARDNŞ-in birinci vite-prezidenti İlham Əliyevin iştirakı ilə nümayəndə heyətlərinin görüşü...

 

Milli Məclisdə Fuad Muradov, mən və İngiltərənin deputatı... Çox maraqlı söhbət idi... 

 

Qazaxıstan parlamentində çəkilən şəkil.

 

Şimali Kiprdə...

 

Yaxın dostlarım Fəzail İbrahimli və Milli Arxiv idarəsinin rəisi Ağaxan Paşayevlə..

 

Milli Məclisin sədri və müavinlər mənim 50 illik yubileyimi təbrik edirlər…


Dostum, tanınmış telejurnalist Xoşqədəm Hidayətqızının ad günündə həyat yoldaşımla birgə...

 

Ən sevdiyim mühit jurnalistlər arasında olmaqdır.   

 

Dostum və həmkarım Bəxtiyar Sadıqovla hər zaman müzakirə etməyə mövzu var... 

 

Dostum rəssam Rauf  Əbdülhüseynoğlunun sərgisinin açılışında bir qrup rəssamla... Təsviri incəsənəti  çox sevirəm, uşaqlıqda pis çəkmirdim... 

 

Məclislərin birində... Bəzən müxalifətlə də yanaşı əyləşmək olar... Məndən sağda Bütöv Azərbaycan Xalq Cəpəsi Partiyasının sədri Qüdrət Həsənquliyev.

 

Brüsseldə, Avropa Parlamentinin iclas zalında  

 

Türkiyə televiziyalarının birində deputat Elman Məmmədov və o vaxtki baş konsul Səyyad Aranla...

 

Milli Məclisdə hansısa məsələ ətrafında çıxış edirəm.  Bu şəklimi Modern.az tez tez verir...  

 

Hər bayram günüdə mənzilimin eyvanından Azərbaycanın dövlət bayrağını asıram. Bu artıq ənənə halını alıb. 


 

Sabunçu rayonunda YAP rayon təşkilatının ağacəkmə tədbirində. Bu yaxınlarda o yoldan keçəndə, baxdım. Ağac bir qədər böyüyüb.

Pərvin ARZUQIZI

Elçin MURAD

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi