Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu barədə məlumatı Modern.az-a Milli Kitabxananın direktoru Kərim Tahirov verib. O, qeyd edib ki, görülən işlər sayəsində bir sıra köhnə qəzet və jurnalların elektron versiyası artıq hazırdır: “Hazırda Azərbaycan milli mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Burda arxiv nəşrlərin bütün variantları öz əksini tapacaq. Hansısa bir materialı oxumaq üçün qəzetlərin hamısına bir-bir baxmalı olursan. Ancaq bu layihədə ayın tarixini yazıb axtarış verməklə istənilən materialı tapmaq olacaq”. K.Tahirov layihə çərçivəsində bütün mətbuat orqanlarının elektron versiyasının bir saytda hazırlanacağı qeyd edib. Bundan başqa, Milli Kitabxanada arxivdə qalan köhnə kitabların da elektron versiyası hazırlanır.