Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvandadır.
Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi bu barədə məlumat verib.
Qurumdan qeyd olunub ki, səfərlə bağlı "əlavə məlumat daha sonra veriləcək".
Xatırladaq ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın son görüşü ötən il noyabrın 28-də Qəbələ şəhərində keçirilib.