Modern.az

Xocavəndin 2 kəndinə ilk köç gerçəkləşib

Xocavəndin 2 kəndinə ilk köç gerçəkləşib

Ölkə

8 İyul 2026, 13:46

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib,

Modern.az xəbər verir ki, bu gün Xocavəndin Quzeyxırman kəndinə 21 ailəyə (87 nəfər), Güneyxırman kəndinə isə 18 ailəyə (72 nəfər) köçürülüb.

Köçürülən sakinlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...