Modern.az

66 milyon manatlıq ərzaq satın alınıb - RƏSMİ 

66 milyon manatlıq ərzaq satın alınıb - RƏSMİ 

Ölkə

Bu gün, 14:33

"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" portalına dair 2026-cı ilin ilk 6 ayı (yanvar-iyun) üzrə rəsmi statistik məlumatlar açıqlanıb. 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-dən Modern.az-a bildirilib ki, hesabat dövründə portal vasitəsilə satın alınmış ərzaq məhsullarının ümumi dəyəri 66 932 307 manat 86 qəpik təşkil edib.

İlk yarımilliyin statistik göstəricilərinə əsasən, ərzaq məhsullarını dövlət sifarişi ilə satın alan dövlət təşkilatlarının sayı 112-yə çatıb. Portal üzərindən ərzaq məhsullarının satışını həyata keçirən satıcı və istehsalçıların sayı 84 təşkil edib. Dövlət sifarişlərinin daxil olduğu regionların sayı 73 olub. Bundan başqa, yarım il ərzində dövlət ehtiyacları üçün ümumilikdə 228 növdə ərzaq məhsulu satın alınıb.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi