Modern.az

Turbo.az və Bina.az-la bağlı gözlənilməz qərar

Turbo.az və Bina.az-la bağlı gözlənilməz qərar

Ölkə

13 İyul 2026, 16:59

“Digital Classifieds” OÜ şirkətinin Azərbaycandakı filialı ləğv olunur. Kreditorlara müraciət edilib.

Modern.az xəbər verir ki, Azərbaycanın rəqəmsal elanlar bazarında ən böyük platformaları idarə edən Estoniya qeydiyyatlı “Digital Classifieds” OÜ şirkətinin Azərbaycandakı rəsmi filialı ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəsil Rza küçəsi, mənzil 75 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Digital Classifieds” OÜ şirkəti ölkədə Turbo.az, Bina.az, Tap.az və Boss.az kimi irihəcmli rəqəmsal platformaların idarəedilməsi ilə tanınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı