Modern.az

Dövlət qurumlarına kiberhücumların qarşısı alındı - STATİSTİKA

Dövlət qurumlarına kiberhücumların qarşısı alındı - STATİSTİKA

Ölkə

20 İyul 2026, 10:32

Virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) 2026-cı ilin ilk 6 ayının yekunlarına dair hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, "AzStateNet" şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik sistemləri vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid bloklanıb.

Bundan başqa, son istifadəçilərin qorunması məqsədilə ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib ki, bunun da 700 mindən çoxu mərkəzləşdirilmiş antivirus sistemi ilə ləğv edilib. Həmçinin "Sandbox" mühafizə sistemi tərəfindən 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib.

Hesabat dövründə dövlət elektron poçt xidmətində 8 milyondan artıq e-məktub emal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Emal edilən e-poçtların 5,7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2,6 milyondan çoxu isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR