Modern.az

İstirahət məkanlarına bilet adı ilə 18 nəfəri aldatdı

İstirahət məkanlarına bilet adı ilə 18 nəfəri aldatdı

Ölkə

20 İyul 2026, 12:04

Bakıda vətəndaşları ucuz avtomobil, ehtiyat hissələri və istirahət məkanlarına bilet vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazanıb.

Məlumata görə, Elvin Məhərrəmov bu üsulla 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR