Modern.az

“1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalanmamışdı” - Sabiq nazir

“1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalanmamışdı” - Sabiq nazir

Ölkə

Bu gün, 10:34

“1994-cü ildə Bişkekdə atəşkəs əldə olunmayıb. Qarşı tərəfin narrativlərini yaymaqdan əl çəkmək lazımdır”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri (1998–1999) Tofiq Zülfüqarov bildirib.

Eks-nazir 1994-cü ilin mayında Bişkekdə Ermənistan-Azərbaycan arasında atəşkəsin əldə olunduğu barədə yanaşmaları tənqid edib.

T.Zülüfüqarov deyib ki, tərəflər arasında sənəd imzalanmadan dəfələrlə razılaşmalar əldə olunub. 1994-cü ilin mayında da vəziyyət belə olub və hər hansı sənəd imzalanmayıb. O bildirib ki, “Bişkek protokolu” adlandırılan sənədin altında imzanın olmaması tərəflərin bir-birinin legitimliyini qarşılıqlı şəkildə tanımadığını göstərirdi.

T.Zülfüqarovun sözlərinə görə, qarşı tərəfin əsas məqsədi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilən qurumun, eləcə də digər “qondarma” strukturların legitimləşdirilməsi olub.

Onun fikrincə, həmin sənəd saziş deyil, deklarasiya, yəni seçilmiş və digər nümayəndələrə ünvanlanmış siyasi çağırış xarakteri daşıyıb.

“İcra hakimiyyətinin nümayəndələri – Müdafiə Nazirliyi – vasitəçinin iştirakı ilə atəşkəslə bağlı razılığa gəliblər. Bu, saziş deyil, razılaşma idi. Üstəlik, bu razılaşma birbaşa deyil, vasitəçinin iştirakı ilə əldə edilmişdi. Buna görə də razılaşmaya qoşulan tərəflərin heç biri qarşılıqlı şəkildə legitim tərəf kimi tanınmayıb. Söhbət yalnız tanınmış dövlətlərlə bərabər tərəf kimi deyil, hətta münaqişə tərəfi kimi də tanınmadan gedirdi. Yoxsa bizdə bəziləri, Saakovun dediyi kimi, “apolitik düşünürlər””, – deyə T.Zülfüqarov açıqlamada bildirib.

Eks-nazir bir daha vurğulayıb ki, 1994-cü ildə hər hansı sənəd imzalanması yolu ilə atəşkəs sazişi əldə edilməyib. Tərəflər atəşkəs rejiminə qoşulmaq niyyətlərini faks mübadiləsi vasitəsilə bildiriblər.

“Biz buna görə diplomatik savaş aparmışıq”, – deyə o qeyd edib.

T.Zülfüqarov sonda vurğulayıb ki, ötən illər ərzində qarşı tərəfin narrativinin məqsədi marionet rejimi legitimləşdirmək olub.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...